waplog

Yaponiya ilk dəfə Kanadanın kommersiya peykini buraxacaq


Yaponiya noyabrda ilk dəfə Kanadanın “Telesat” yayım şirkətinə məxsus kommersiya peykinin buraxılışını həyata keçirəcək. Bu barədə Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
 
Nazirliyin məlumatına görə, peyk noyabrın 24-də ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan buraxılacaq. Aparat orbitə “H-2A” raketdaşıyıcısı vasitəsilə çıxarılacaq.
 
Kanada şirkətindən raketin buraxılışı üçün sifariş Yaponiyanın "Mitsubishi Heavy Industries” şirkəti tərəfindən 2013-cü ilin sentyabrında alınıb. Aparatın Cənubi Amerika ərazisində və Atlantik okean üzərində teleradio yayımını təmin edəcəyi nəzərdə tutulur.
 
Cari ilin yanvarın əvvəlində Yaponiya hökuməti tərəfindən milli kosmik texnologiyaların inkişafına, maliyyələşmə həcminin çoxaldılmasına, eləcə də sahə üzrə təhlükəsizlik və etibarlıq səviyyəsinin artırılmasına yönələn yeni onillik proqram təsdiq edilib. Yaxın on ildə milli kosmik sənayenin kapitallaşmasının 5 trilyon yenə (40 milyard dollar) çatdırılması planlaşdırılır. Bildirilir ki, proqram çərçivəsində ABŞ ilə bu sahədə əməkdaşlıq möhkəmləndiriləcək, 2025-ci ilədək müxtəlif təyinatlı səkkiz peyk buraxılacaq, - “TASS” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL