“İntel” şirkəti ultrabukların inkişafı üzrə planlarını açıqlayıb (VİDEO)
“İntel” şirkətinin rəhbəri Pol Otellini “İDF” yaradıcıları üçün növbəti payız forumunu açıq elan edib. O, forumda portativ kompyuterlərin yeni nəsli – ultrabuklar haqqında danışıb.
Ultrabuklar ilk mərhələdə ikinci nəsil “Core” prosessorları ilə olan “Sandy Bridge” aparat platformasına əsaslanacaqlar; belə qurğular ilin sonuna kimi bazara çıxarılacaq.
2012-ci ilin əvvəlinə, cənab Otellininin sözlərinə görə, ikinci nəsil ultrabukların çıxarılması nəzərdə tutulub. Ultrabukların əsasını “Tri-Gate” innovasiya metodikasının tətbiqi ilə istehsal edilən 22 nanometr texnologiya əsasında hazırlanan “İvy Bridge” prosessorları təşkil edir.
Prosessorlar müasir 32 nanometr məmulatlar ilə müqayisədə 37 faiz sürət artımını təmin edəcək.
2013-cü ildə “Haswell” kod adlı platformada üçüncü nəsil ultrabukların elanı olacaq. “İntel” rəhbəri söz verib ki, gözləmə rejimində “Haswell” platformasının prosessorları indiki çiplərlə müqayisədə 20 dəfə az enerji sərf edəcək.