waplog

Bakıda "World Summit Award 2015" beynəlxalq innovasiya müsabiqəsinin final mərhələsi keçirilir


Bu gün Bakıda Azərbaycanın altı layihəsinin yer aldığı "The World Summit Award 2015" beynəlxalq innovasiya müsabiqəsinin final mərhələsi keçirilir.
 
Tədbiri sammitin rəhbəri professor Peter Bruk açıq elan edib və bu cür müsabiqələrin qlobal internet şəbəkəsinin inkişafı, yeni innovasiyaların tətbiqinin genişləndirilməsində  böyük rolu olduğunu bildirib.
 
 İki hissədən ibarət olan tədbirin birinci hissəsində bu gün ictimaiyyət üçün açıq forum keçiriləcək və sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində fikir mübadiləsi aparacaqlar.
 
 İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasında 40 qalib seçilməsi üçün "Grand Juri" sessiyası baş tutacaq.

21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan ölkələr tərəfindən "World Summit Award"a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda bir araya gəlib.
 
Məlumat üçün bildirək ki, "The World Summit Award  2015" qlobal innovativ yarışmadır. Yarışın məqsədi ən yaxşı rəqəmsal layihə və  innovativ tətbiqlərə dəstək verməkdir.


Qeyd edək ki, onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən açıq hökumət ("Government & Open Data") nominasiyasında "ASAN Xidmət"in "Asan Pay" xidməti, sağlamlıq və ətraf mühit ("Health & Environment") nominasiyasında "NoObs" tələbə startapçılar komandasının "Spinal" qurğusu, media ("Media & News") nominasiyasında "E-tap.az" resursu, biznes və kommersiya ("Business & Commerce") nominasiyasında "BethClip", əyləncə nominasiyasında ("Entertainment & Lifestyle") "Notify", mədəniyyət və turizm ("Culture & Tourism") nominasiyasında "RobiGuide" layihələrimiz mübarizə aparacaqlar.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL