waplog

Vergilər Nazirliyi xəbərdarlıq SMS-lərinin göndərilməsinə başlayıb


Vergilər Nazirliyi xəbərdarlıq SMS-lərinin göndərilməsinə başlayıb. 195 nömrəli Çağrı Mərkəzindən mobil telefonlara yönləndirilən mesajlarda qeyd olunur ki, vergi borcu olan şəxslərin ölkədən çıxmasına qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudiyyət qoyulacaq.
 
Qeyd edək ki, 2016-cı il üçün büdcə - vergi siyasətinin gəlirlər üzrə əsas istiqamətlərində dövlət büdcəsinə hesablanmış vergilərin daxilolmalarının yığım faizinin artırılması əsas yer tutur.
 
Həmçinin iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud ləğv edilməsi, mövcud qanunvericiliyə dəyişikliklər edilməklə sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi və iqtisadiyyatın bəzi sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi ödənilməsi

 qaydaları üzrə seçim hüququnun verilməsi də bu istiqamətlərdə yer alıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL