Avropada yüksək texnologiyalar sahəsində mütəxəssislərin 4 faizi “3D” printerdən istifadə edir
"UPS" şirkəti "Optimized for Growth: High-Tech Executives Adapt to Meet Global Demands" adlı hesabatında "3D" çap texnologiyaları məsələlərinə bölmə həsr edib.
Sənəddə Avropada və ümumilikdə dünyada "3D" printerlərdən istifadə ilə bağlı maraqlı fərqlər ortaya çıxıb. Belə ki, şirkət ekspertləri tərəfindən müəyyən edilib ki, Avropada "3D" printer istifadəçilərinin 70 faizi onlardan yeni məhsulların dizaynı və konstruksiyalaşdırılması üçün yararlanır (dünyada bu göstərici 75 faizə bərabərdir), Avropa mühəndislərinin 63 faizi printer vasitəsilə ehtiyat hissələri çap edir (dünyada bu göstərici 24 faiz təşkil edir).
Avropada "3D" çapdan istifadə hazırda kütləvi hal almayıb. Yüksək texnologiyalar sahəsində çalışan mütəxəssislərin yalnız 4 faizi bu qurğulardan aktiv istifadə edir, daha 8 faiz onları sınaqdan keçirir, 26 faiz güman edir ki, bu texnologiya hələ real istifadə üçün hazır deyil. Qalan 28 faiz texnologiya barədə məlumatlı olsa da, onu öyrənməkdə davam edir, 34 faiz ümumiyyətlə texnologiya barədə məlumatlı deyil və onunla maraqlanmır, - "IT-Weekly" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL