“World Summit Award”ın rəhbərliyi Azərbaycanın İKT sahəsinin inkişaf səviyyəsini yüksək qiymətləndirib
“World Summit Award”ın sədri Piter Bruk Azərbaycanın son illər sürətlə inkişaf etdiyini bildirib.
P. Bruckun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, qeyd edilən inkişaf istər veb saytlarda, istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə özünü büruzə verir.
“Bu “World Summit Award” müsabiqəsinə Azərbaycan bir neçə innovativ elektron kontent təqdim edib, bu isə inkişaf göstəricisidir, müsabiqədə təkcə kommunikasiya sahəsi üzrə layihələr iştirak etmir, burada müxtəlif elektron tranzaksiya xidmətləri də təqdim edilib. Bütün bunlar əlbəttə ki, cəmiyyətdə “ASAN xidmət” üzərindən əks olunur və bu təqdirəlayiq bir hadisədir. Onu da qeyd etməliyəm ki, bu innovasiyalar sosial töhfə kimi dəyərləndirilir”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, bu gün ADA Universitetində keçirilən konfrans çərçivəsində “İnnovasiya: dövlət qurumu və fiziki şəxslər”, “Maraqlı tərəflərin işgüzar fəaliyyətinin innovasiyalara transformasiyası”, “Pərdə arxası innovasiyalar: Afrikanın sirləri”, “Yeni həyat tərzinə aparan müasir innovatıv tendensiyalar” mövzularında xarici ekspertlərin məruzələri, Azərbaycanın lokal startap layihələrinin təqdimatları iştirakçılara təqdim ediləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL