waplog

Azərbaycanda noyabrdan taksi xidmətləri göstərmək üçün lisenziyalar onlayn rejimdə təqdim ediləcək


Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyi bu il noyabr ayından etibarən taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üzrə elektron xidmətlər göstərilməsinə başlayacaq.
 
Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, xidmətlər bu il avqustun 31-də “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı əsasında təşkil ediləcək.
 
“Hazırda biz Nəqliyyat Nazirliyi ilə məlumat bazalarının qarşılıqlı inteqrasiyası və məlumat mübadiləsinin təşkili istiqamətində işlər aparırıq ki, tələb olunan infrastruktur yaradaq. Qanunvericiliyə uyğun olaraq taksi sürücüləri 5 illik lisenziyanı bank vasitəsi ilə və ya onlayn ödəniş edərək əldə edə biləcəklər ”, - deyə A. Hüseynov qeyd edib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL