waplog

Azərbaycanda elektron lisenziya portalı bu ilin sonuna kimi istifadəyə verilə bilər


Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara xidmət Agentliyi elektron lisenziya portalının yaradılması istiqamətində işlərə başlayıb.

Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların lisenziya almaq məqsədi ilə müraciətlərinin  elektron formada qəbulunu təşkil etmək məqsədi ilə yaradılır.
 
“Hazırda artıq portalın yaradılması istiqamətində işlərə başlamışıq və bu ilin sonuna kimi portalın işə salınması imkanı istisna edilmir. Burada bizim əsas məqsədimiz həmişə olduğu kimi, vətəndaşla dövlət qulluqçusu arasında əlaqəni minimuma endirmək və vətəndaşların onlayn şəkildə, kompüterdən ayrılmadan tələb olunan sənədləri əldə etmələrinə şərait yaratmaqdır”, - deyə A. Hüseynov bildirib.
 
Qeyd edək ki, portal “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılır.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL