“Təməl” təqaüd proqramını uğurla başa vuran müəllimlərin sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq
Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramını uğurla başa vuran müəllimlərin sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq.
Nazirlikdən bildirilib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir. Təqaüd proqramında iştirak edən 114 nəfərdən 113-ü yekun qiymətləndirmədə iştirak edib. Onlardan 65 nəfəri imtahandan uğurla keçərək “Təməl” sertifikatına layiq görülüb. Proqramın Bağlanış Mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətini açıqlayıb.
Bildirilib ki, ibtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib.
Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında hazırlanıb. İki ay yarım davam edən təlim müddətində müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və s. kimi mövzularda mühazirə və praktik məşğələlərdə iştirak ediblər.
Nəzəri və praktik məşğələlərin aparılmasına 20-dən çox mütəxəssis cəlb olunub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL