waplog

Yeni səfir: “Belarusun Azərbaycanın İKT bazarına böyük marağı var”


Belarus Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ölkəsinin maraqlı olduğu və əməkdaşlığın daha da dərinləşməsində ehtiyac duyduğu sahələri açıqlayıb.
 
 
Səfir Axramoviç rəsmi Minskin iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və s. sahələrdə həyata keçirilən fəaliyyəti daha da artırmaq istədiyini dilə gətirib. 
 
 
Gennadi Axramoviçlə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında keçirilən  görüşdə bu səpkidə müzakirələr aparılaraq hər iki ölkənin böyük potensiala malik olduğu açıqlanıb.
 
 
Səfir həm Azərbaycanın, həm də Belarusun İKT sahəsində nailiyyətlər əldə etdiyini, hər iki ölkədə İKT bazarının formalaşdığını və inkişaf etdiyini qeyd edərək sözügedən sahəyə böyük maraq göstərildiyini dilə gətirib.
 
 
Fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayan səfir Belarus iqtisadiyyatı barədə geniş məlumat verib.
 
 
 
Nazir Şahin Mustafayev isə səfir təyin olunması münasibətilə diplomatı təbrik edərək Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza formalaşdığını və hazırda uzunmüddətli əməkdaşlığa dair sənəd üzərində iş aparıldığını vurğulayan nazir bildirib ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilsə də, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensial mövcuddur.
 
 
 Azərbaycanda Belarus kapitallı müəssisələrin uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir sənaye, İKT, kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.
 
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL