Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı təqdim olunan haqq-hesab cədvəllərinin sayı 4,5 dəfə artıb
Avqust ayında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmətindən istifadə sayı iyulla müqayisədə 4,5 dəfə artıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sözügedən xidmətinə “Elektron hökumət” portalı üzərindən 78211 dəfə müraciət olunub.
Bu xidmət vasitəsi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq DSMF-nin departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan MR DSMF-nin rayon (şəhər) şöbələrinə təqdim edilir.
İstifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz olaraq göstərilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL