waplog

İnformasiya texnologiyaları, nanotexnologiyalar, biotexnologiya, sahələr üzrə tədqiqatçılar mükafatlandırılacaq


Beynəlxalq Xarəzmi müsabiqəsi keçiriləcək

 

2016-cı ilin fevralında İran İslam Respublikasının Elm və Texnologiya Nazirliyi İran Elm və Texnologiya Tədqiqat Təşkilatı ilə birgə 29-cu Beynəlxalq Xarəzmi Mükafatının təqdimetmə mərasimini keçirəcək.

 www.khwarizmi.ir veb-səhifəsinin məlumatında deyilir ki, ənənəvi müsabiqənin keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı, innovator və ixtiraçıların elmə verdikləri töhfələri dəyərləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək göstərməkdir.

Aerokosmonavtika, informasiya texnologiyaları, dəqiq elmlər, nanotexnologiyalar, biotexnologiya, ətraf mühit və fundamental tibb elmləri, kənd təsərrüfatı, elektronika və informatika, material və metallurgiya, mexanika və başqa sahələr üzrə tədqiqatçılar, alimlər mükafata namizədliklərini irəli sürə bilərlər.

Tədqiqat işləri tətbiqi araşdırma, tədqiqat və inkişaf, fundamental tədqiqat, ixtira və innovasiya kateqoriyaları üzrə təqdim olunacaq.

Sənədlərin qəbulu noyabrın 30-dək aparılacaq.

Laureatların adları 2016-cı ilin yanvarında elan olunacaq, fevralda isə mükafatlar təqdim ediləcək.

Ətraflı məlumatı bu internet səhifəsindən əldə etmək olar.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL