waplog

5 il sonra smartfon bazarının 66 faizi ucuz modellərin payına düşəcək


2020-ci ilə dünyada yüksəksəviyyəli smartfonların bazar payı nəzərəçarpacaq dərəcədə azalacaq. Eyni zamanda ucuz aparatların populyarlığı artacaq, buna görə də smartfon bazarının təxminən 66 faizi bu tip qurğuların payına düşəcək.
 
 
«ICTnews.az»  «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 5 il sonra «ağıllı» telefonların qlobal tədarükünün yalnız 14 faizi dəyəri 500 ABŞ dollarından yuxarı olan smartfonların payına düşəcək, halbuki 2013-cü ildə bu fərq 26 faiz təşkil edib. Bu halda dəyəri 190 dollar və daha az təşkil edən aparatlar bazarda öz mövcudluğunu 49-dan 66 faizədək artıracaq.
 
 
Ekspertlər, həmçinin hesablayıb ki, 2013-dən 2020-ci ilədək pul baxımından bahalı smartfonların payı 66-dan 43 faizədək azalacaq.
 
 
Bütün aparıcı istehsalçılar smartfonların qiymətinin azalması tendensiyasını nəzərə alır. «Strategy Analytics»in proqnozuna görə, cari ildə «Samsung»un çeşidində "non-premium" sinfinə məxsus modellərin payı 52 faiz təşkil edəcək ki, bu da 2014-cü illə müqayisədə 5 faiz daha çoxdur. Bu halda qabaqcıl aparatların payı 31-dən 29 faizədək azalacaq.
 
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL