«LG» şirkəti orta səviyyəli «LG Class» smartfonunu təqdim edib
«LG Electronics» şirkəti orta səviyyəli «LG Class» smartfonunu təqdim edib. Yeni model metal korpus və qabaqcıl fotokameralarla təchiz edilib.
«LG Class» smartfonu 1,2 QHs takt tezlikli 64 bitlik dördnüvəli «Qualcomm Snapdragon 410» prosessoru və «Adreno 306» qrafik sürətləndiricisi ilə işləyir. Aparata «Android 5.0 Lollipop» mobil əməliyyat sistemi quraşdırılıb. 5 düymlük «IPS» texnologiyalı ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. İstehsalçı 2 TB-dək tutuma malik çıxarılıb taxılan «microSD» daşıyıcısının dəstəkləndiyini bildirib.
Bundan başqa, mobil qurğu 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralar, 2050 milliamper/saat tutumunda akkumulyator batareyası və «LTE» modemi ilə təchiz edilib.
Qurğunun ölçüləri 142x71,8x7,4 mm, çəkisi 147 qramdır.
Cənubi Koreyada «LG Class» aparatının satışına başlanılıb. Bu ölkədə smartfonun dəyəri təxminən 340 dollar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL