waplog

Ölkədə turizmlə bağlı müvafiq sayt və elektron kataloq yaradılacaq


Azərbaycanda kənd yaşıl turizmi ilə bağlı dolğun informasiyaları özündə cəmləşdirən müvafiq sayt və elektron kataloq yaradılacaq.
 
 Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
 
“Ictnews.az” elektron xəbər xidməti bildirir ki, sözügedən saytda kənd yaşıl turizminin təşviqi aparılmaqla yanaşı, bu istiqamətdə  insanlara lazım ola biləcək bütün informasiyalar toplanılacaq.
 
Qeyd edək ki, məlumat bazasında təkcə istirahət etmək istəyən şəxslərin deyil, eyni zamanda kənddə yaşayan və özünün həyətyanı sahəsində yaşıl kənd turizmi üçün lazımi şərait qurmaq istəyən şəxslərin də suallarına cavab tapmaq mümkün olacaq.
 
 
Məlumat üçün bildirək ki, sözügedən sayt Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən ərsəyə gətiriləcək.
 
Kənd sakinləri arasında turizmin bu növünün inkişaf etdirilməsi məqsədilə yerlərdə müvafiq təlim və seminarların təşkil edilməsi qərara alınıb və yaxın zamanlarda seminarlara start verilməsi planlaşdırılıb.
 
Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda kənd yaşıl turizmin inkişaf etdirilməsi, gələcəkdə görüləcək işlər və layihələr müzakirə edilib, bu istiqamətdə elektron resurslardan daha geniş istifadənin və saytın yaradılaraq təbliğinin aparılmasının əhəmiyyəti qeyd olunub.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL