waplog

Azərbaycanda elmi fəaliyyətin “Google Scholar” və “Vikipediya”da əks olunması müzakirə edilib


AMEA İnformasiya Texnologiyaları İnstitutu (ITI) əməkdaşlarının elmi fəaliyyətinin “Google Scholar” (elmi nəşrlərin tam mətnləri üzrə axtarış sistemi) və “Vikipediya”da” əks olunması qaydalarına həsr olunmuş məruzə dinlənilib.
 
İTİ-dən bildirilib ki, bu haqda institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova təqdimatla çıxış edib.
 
 Elmi fəaliyyətin “Google Scholar” və “Vikipediya”da əks olunmasının müasir dövrün tələblərindən olduğunu bildirən sektor müdiri məlumatlar daxil edilərkən yol verilən yanlışlıqlardan, onların həlli yollarından danışıb. Axtarış sistemindəki məlumatlara əsasən institut əməkdaşlarının əsərlərinə olan istinadlar və onların H-indeksi haqqında statistik məlumatları diqqətə çatdırıb.
 
Məruzəçi “Vikipediya”da əməkdaşların biblioqrafiyalarının tam əks olunmasının zəruriliyini də qeyd edib.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL