İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Məktəblərin kompüterlərlə təchiz edilməsi müvəffəqiyyət dərəcəsini artırmır
Məktəblərdə siniflərin kompüter və texniki qurğularla təchiz edilməsi şagirdlərin akademik nəticələrini yaxşılaşdırmır. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında deyilir.
Alimlər informasiya texnologiyalarından istifadənin şagirdlərin müvəffəqiyyət göstəricilərinə təsir etməsini müəyyənləşdirmək məqsədilə 70-dən çox ölkədə araşdırma aparıblar. Hesabata görə, hər il dünyada məktəblərin texnoloji təchizatına 17,5 milyard funt-sterlinq ayrılır. Bununla belə, məktəbdə vaxtının əksər hissəsini kompüter arxasında keçirən şagirdlər texniki vasitələrdən az istifadə edən şagirdlərdən pis oxuyurlar.
Məktəbdə internetdən ən yüksək səviyyədə istifadə edilən yeddi ölkə arasında 3 ölkədə - Avstraliya, Yeni Zelandiya və İsveçdə şagirdlər oxu üzrə çox pis nəticələr nümayiş etdiriblər. Daha üç ölkədə - İspaniya, Norveç və Danimarkada məktəblilərin müvəffəqiyyət dərəcəsi zəif olub.
Cənubi Koreya və Çinin yüksək effektivli məktəb sistemləri tədris prosesində kompüterlərdən daha az yararlanırlar. Bununla yanaşı, texniki vasitələrin çox istifadə olunduğu Sinqapurda şagirdlər rəqəmli texnologiyalarla işləməyi daha yaxşı bacarırlar.
Bundan əlavə, internetin nisbətən az istifadə olunduğu ölkə və şəhərlər arasında Cənubi Koreya, Şanxay, Honkonq və Yaponiya məktəblərinin şagirdləri beynəlxalq testlər üzrə yaxşı nəticələr nümayiş etdiriblər.
“OECD”-in təhsil proqramları direktoru Andreas Şleyxin sözlərinə görə, informasiya texnologiyaları müəllimləri həvəsləndirsə də, onlara bəslənən ümidlərin çoxu özünü doğrultmayıb.
Qeyd edək ki, müxtəlif tədqiqatlara görə, məktəblərdə müvəffəqiyyət dərəcəsinin aşağı düşməsinə bir neçə amil, o cümlədən SMS-bildirişlər və sosial şəbəkələrə aludəçilik təsir göstərir. Akademik müvəffəqiyyət dərəcəsini yaxşılaşdırmaq üsulları arasında alimlər məşğələlərinin daha gec başlaması və dərslərin ayaq üstdə keçirilməsi kimi təkliflərlə çıxış edirlər, - “Vokruq Sveta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL