Elektron bələdçi
“Ultra” şirkəti tərəfindən həyata keçirilən «Elektron bələdçi» layihəsi üzrə işlər davam etdirilir. Qeyd edək ki, layihənin icrasına 2008-ci ildən etibarən start verilib. Elektron bələdçilərin tətbiqi təcrübəsi dünyanın əksər ölkələrində yayılıb.
Qala qəsəbəsində istifadəyə verilmiş yeni muzey kompleksində tətbiq edilən elektron bələdçi muzey ekspozisiyaları barədə danışan və ziyarətçiləri maraqlandıran hər şeyi göstərən fərdi bələdçidir, ekskursiya qrupunun bütün iştirakçıları toplaşana qədər insanı tələsdirmir və gözləməyə məcbur etmir.
Elektron bələdçi muzeydə olduğunuz yerin səmtini müəyyən etməyə kömək edir, muzeyin planını, vitrinlər və eksponatların yerini displeydə göstərir.
Eyni zamanda, ziyarətçilərə lazımi məlumatları əldə etməyə imkan verir. Ondan təkcə muzeydə ekskursiya üçün deyil, həm də müxtəlif təqdimatlarda, o cümlədən şəhər üzrə gəzinti zamanı da istifadə etmək olar.
“Ultra” şirkətinin səyləri nəticəsində «Elektron bələdçi» layihəsi Azərbaycanda ilk belə layihə olmuşdur. Bu gün şirkət bu layihənin Azərbaycan Respublikasının muzeylərində və tarixi mərkəzlərində tətbiqinə dair xidmətləri təklif edir.
Elektron bələdçi necə görünür?
Hazırda “Ultra” şirkəti istifadə üçün «Opus Touch» bələdçisini təklif edir. Zahirən o, möhkəm korpuslu zərif telefon dəstəyinə bənzəyir. “Opus Touch” Avropa ölkələrində geniş yayılıb.
O, Rusiyanın bir çox muzeylərində - Puşkin adına Dövlət İncəsənət Muzeyində (Moskva ş.), Tretyakov qalereyasında (Moskva ş.), Ermitajda (Sankt-Peterburq ş.), Rusiya Dövlət Muzeyində (Sankt-Peterburq ş.) tətbiq edilir .
Texniki xüsusiyyətləri:
Displey: Yüksək keyfiyyətli rəngli sensorlu displey 2.83”
Klavişlər: iki düymə - “Stop” və “Play”. İki əlavə düymə də mövcuddur ki, onların da funksiyalarını proqramçı təyin edə bilər.
Səs: audio fayla həm qarnitur, həm də daxili dinamik vasitəsilə qulaq asmaq olar. Yaddaş: 2 Gb-a qədər məlumatları saxlaya bilər.
Dəstək: Bu qurğu geniş yayılmış bütün audio və video fayl formatlarını dəstəkləyir.
Elektron bələdçi necə tətbiq edilir?
Elektron bələdçi layihəsi “Ultra” şirkətinin muzey əməkdaşları ilə sıx əməkdaşlıq əsasında həyata keçirilir.
“Ultra” şirkəti ekskursiya və eksponatlar barədə tam məlumatı, o cümlədən onların tam təsvirini əldə edir. Bu məlumat elektron bələdçiyə yazılır. Mətnin yazısı peşəkar səsyazma studiyasında aparılır.
Sifarişçinin seçiminə əsasən ekskursiya zamanı nümayiş etdiriləcək eksponatlar üzrə incəsənət xadiminin və ya peşəkar diktorun səsindən istifadə edilə bilər. “Opus”un proqram təminatında eksponatların və xəritələrin təsvirləri də yerləşdirilir.
Muzeyi ziyarət edən və ya şəhərə gələn qonaq elektron bələdçidən istifadə etməklə hansı imkanlar əldə edəcək?
• Ekskursiyanın aparılacağı dilin seçilməsi;
• Öz ekskursiyanızı özünüz proqramlaşdıra bilərsiniz;
• İstənilən an ekskursiyanı saxlaya və ya fraqmenti təkrarlaya bilərsiniz;
• Elektron bələdçidən istifadənin əsas üstünlüklərindən biri də odur ki, bu, ziyarətçini eksponatla sıx kontaktda saxlayır və ya şəhərin görməli yerlərinin gözəlliklərindən daha çox həzz almağa imkan verir. Bu da praktiki olaraq ekskursiya qrupunda mümkün deyil.
• Ekskursiyada qrupa dəqiq vaxt ayrılıbsa, onda «Elektron bələdçi»dən istifadə üzrə məhdudiyyət yoxdur.
Xatırladaq ki, bu vaxta qədər “Opus Touch” “Ultra” şirkəti tərəfindən Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində tətbiq edilib.
Hələ 2008-ci ildə “Ultra” şirkəti “Nexus” şirkətinin (NEXUS Electronic Guide) elektron bələdçilərini Zeynal Tağıyev adına Azərbaycan Dövlət Tarix Muzeyində tətbiq etmişdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL