London dünya maliyyə texnologiyaları mərkəzi adını qoruyur
Londonda keçirilən bütün maliyyə texnologiyaları sövdələşmələrinin, o cümlədən birbaşa investisiya və alışların ümumi məbləği 18,4 milyard dollar təşkil edib. Bu barədə “William Garrity Associates” konsaltinq şirkətinin məlumatında deyilir.
“Silikon vadisi”ndə çoxlu maliyyə texnologiyaları startaplarının fəaliyyət göstərməsinə baxmayaraq London maliyyə texnologiyaları paytaxtı statusunu qoruyur. Böyük Britaniya paytaxtında sahənin inkişaf templəri digər texnoloji sahələrin artımını üstələyir.
“CB Insights” şirkətinin tədqiqatına görə, 2015-ci ilin ilk səkkiz ayında Londonda maliyyə texnologiyalarına yatırılan investisiyaların həcmi 2014-cü ilin ümumi göstəricisini geridə qoyub. Bu startaplara artıq yarım milyard dollar yatırılıb. Ötən il isə sahəyə 487 milyon dollar qoyulub.
“London və Birləşmiş Krallıq mövqeyini qoruyacaq. Mən inanıram ki, bu, “Silikon vadisi”ndə mümkün olmayacaq”, - Britaniya xəzinədarlıq xidmətinin nümayəndəsi Eylin Berbic bildirərək maliyyə texnologiyalarının ölkənin unikal xüsusiyyəti olmasını əlavə edib, - "Payspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL