«Vertu» ən güclü bahalı smartfonunu təqdim edib
Britaniyanın «Vertu» şirkəti «Signature Touch» smartfonunun yeni modifikasiyasını təqdim edib. Aparat «Qualcomm Snapdragon 810» prosessoru və 4 QB əməli yaddaşla təchiz edilib.
Ən güclü smartfon
«Vertu» şirkətinin yeni qurğusu səkkiznüvəli «Qualcomm Snapdragon 810» prosessoru və 4 QB əməli yaddaşla təchiz edilib. 2014-cü ildə nümayiş etdirilmiş «Signature Touch» smartfonunun əvvəlki versiyası daha zəif prosessor və iki dəfə az tutumlu əməli yaddaşa malik olub.
Ekran və kameralar
Ekranın diaqonalı 5,2 düym və təsvir ölçüsü 1920x1080 pikseldir və sapfir şüşə ilə örtülüb. Ön kameranın təsvir ölçüsü 2,1 meqapiksel, arxa kamerada isə 21 meqapikseldir. Əsas kamera «4K» formatında video çəkə bilir və ikiqat işıq diodu işıqlandırıcısına malikdir.
Akkumulyator və daxili yaddaş
Akkumulyatorun tutumu 3160 milliamper/saat təşkil edir, «Quick Charge 2.0» sürətli enerjidoldurma texnologiyasını, «NFC» texnologiyası və dördüncü nəsil şəbəkəsini dəstəkləyir.
«Signature Touch» smartfonunda daxili fləş yaddaşın tutumu 64 QB təşkil edir. 64 QB-lıq yaddaş kartı çatdırılma dəstinə daxildir.
Aparat «Android 5.1 Lollipop» mobil əməliyyat sistemi ilə işləyir.
Dəyəri
«Vertu Signature Touch» smartfonunun beynəlxalq satışlarına 16 oktyabr 2015-ci il tarixində başlanılacaq və dəyəri 6500-13700 funt sterlinq aralığında olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL