«Samsung» öz ödəmə sistemini ABŞ-da istifadəyə verib
Cənubi Koreyanın «Samsung Electronics» şirkəti ABŞ-da mobil qurğular üçün «Samsung Pay» ödəmə sistemini istifadəyə verib.
Qeyd edək ki, ödəmə sistemində istifadə olunmuş «LoopPay» texnologiyası pərakəndə mağazaların 90 faizində ondan istifadəyə imkan verəcək.
Cənubi Koreya şirkətinin ödəmə sistemi «Galaxy S6», «S6 edge» və «S6 edge+» smartfonlarında, həmçinin «AT&T Inc.», «T-Mobile U.S.Inc.», «Sprint Corp.» və «U.S. Cellular Corp.» mobil operatorlarının şəbəkələrində işləyən «Galaxy Note 5» qurğusunda əlçatandır.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, Cənubi Koreyada bu sistem avqustun 20-dən işləyir.
Plana əsasən, «Samsung Pay» ödəmə sistemi gələcəkdə Böyük Britaniya, İspaniya və Çində əlçatan olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL