waplog

Yeni nəsil «iPhone» qurğularının satış həcmi rekorda imza atıb


«Apple Inc.» korporasiyası altıncı nəsil «iPhone» qurğularının satışına start verilən gündən 13 milyon «iPhone 6s» və «iPhone 6 Plus» smartfonu satıb.
 
 
Sentyabrın 25-də 10 ölkədə «iPhone 6s» və «6s Plus» qurğularının satışına başlanılıb. «Apple» Çində yeni smartfonlara yüksək tələbata xüsusi önəm verib.
 
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, ötən ilin payızında satışlara start verildikdən ötən ilk üç gündə yeni «iPhone» smartfonlarının satış həcmi 10 milyondan bir qədər çox təşkil edib, hərçənd o zaman Çin ilk onluqda yox idi.
 
 
«Apple» şirkəti Rusiya, İtaliya, Meksika, İspaniya və Tayvan daxil olmaqla daha 40 ölkədə «iPhone 6s» və «6s Plus» smartfonlarının satışını elan edib.  2015-ci ilin sonunadək bu smartfonlar 130-dan çox ölkədə satışa çıxarılacaq.
 
 
"iPhone 6s və "6s Plus"un satış həcmi fenomenal idi və əvvəlki nəticələri xeyli geridə qoyub" - şirkətin baş direktoru Tim Kuk deyib.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL