waplog

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sisteminin tətbiqi ilə bağlı treninqlərə başlanılıb


Regionlarda və Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük  treninqlər  təşkil olunur.
 
 
Milli Kitabxanadan bildirilib ki, növbəti treninq sentyabr ayının 28-də işə başlayıb. Bu treninqdə Xocalı, Göygöl, Gədəbəy, Qobustan, Beyləqan MKS-lərinin, Xətai rayon MKS-nin və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı, MARC 21 formatını  öyrənəcəklər.
 
 
Qeyd edək ki, “MARC 21” hazırda Avropa ölkələrində, ABŞ və Kanadada daha
geniş tətbiq edilib. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
tətbiq edilən VTLS sistemi “MARC 2” formatı ilə işləyir. “MARC” formatından istifadə kitabxana işində ayrı-ayrı əməliyyatların təkrarlanmasını aradan qaldırır və kitabxana ehtiyatlarından daha effektiv istifadə olunmasını təmin edir.
 
 
Həmçinin “MARC” formatının tətbiqi kitabxana  əməliyyatlarının idarə olunması zamanı kitabxanaçılara mövcud avtomatlaşdırılmış kitabxana sistemlərindən istifadə etmək imkanı verir. ALİSA proqramına gəlincə, proqram insan əməyinin itkisinin qarşısını alır. Həmçinin proqramın tətbiqi ilə Milli Kitabxananın bazası bütün şəhər, region, hətta kənd kitabxanaları  üçün əlçatan olacaq.
 
 
Artıq bu gün respublikanın bütün şəhər və rayon MKS-lərinin 50 faizdən çoxu yeni proqram və yeni format üzrə treninqlərdən keçiblər. Sistemin əsas üstünlüklərinə vahid mərkəzləşdirilmiş kitabxana sistemi; ən son texnologiyaların tətbiqi ilə hazırlanmış tam təhlükəsizliyi təmin olunmuş proqram təminatı; nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması; MEK vahid kitabxana sisteminin dünyada qəbul edilmiş MARC21 standartı üzərindən yaradılması; digər yerli və dünya kitabxana sistemləri ilə inteqrasiyanın mümkünlüyü; elektron kataloq; oxucu qeydiyyatı işinin sadələşdirilməsi və tam avtomatlaşdırılması; vahid oxucu bileti – smart card; kitabverilişi prosesinin sadələşdirilməsi və tam avtomatlaşdırılması daxildir.
 
 
Bundan başqa, sistem ətraflı axtarış sistemi; MEK portalın təkmilləşdirilməsi; MEK şəbəkəsinə daxil bütün kitabxanaların vahid portal daxilində səhifələrinin yaradılması, onlayn əməliyyatlar; onlayn axtarış, onlayn sifariş, onlayn rezervasiya, sistem üzrə kitabxana işi ilə əlaqədar bütün növ statistika və hesabatların əldə olunması imkanı; icazələrin rollara müvafiq idarə edilməsi; mövcud kataloqların retrokonversiyası vasitəsilə saysız- hesabsız kartotekaların və kartların müasir "touch screen" monitorlarda daha kompakt və təhlükəsiz toplanması, və retrokonversiya sistemi daxilində kart axtarışı imkanına malikdir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL