waplog

Prezident Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Əsasnaməsinin təsdiqi və Komissiyanın tərkibi barədə Fərman imzalayıb


"Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
 

"Komissiyanın sədri

 

Yaqub Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
 

Komissiyanın üzvləri:

 

Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
 

Zakir Həsənov Azərbaycan Respublikasının müdafiə naziri
 

Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri
 

Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri
 

Şahin Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
 

Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri
 

Əli Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
 

Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 

Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri
 

Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
 

Vaqif Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
 

Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 

Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 

Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.".

 

İlham Əliyev
 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 sentyabr 2015-ci il.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL