«Microsoft» və «Google» 5 illik mübahisəyə son qoydular
ABŞ-ın «Microsoft» və «Google» şirkətləri son 5 ildə məhkəmələrdə davam edən patentlər haqda mübahisəyə son qoyublar.
Şirkətlər mobil qurğularda proqram təminatı və simsiz rabitə texnologiyası ilə bağlı patentlərə aid olan 18 prosesdə iştirak ediblər.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, razılaşmanın təfərrüatları məlum deyil, amma tərəflər əsas məsələlərlə bağlı barışıq əldə ediblər. Şirkətlər bir sıra sahələrdə birgə işləməyə qərar veriblər.
«Microsoft» korporasiyasının iddiaları ondan ibarət idi ki, axtarış nəhəngi 2011-ci ildə «Motorola Mobility» şirkətinin mobil bölməsini satın alaraq onun bir sıra patentlərinə sahiblənib və 2014-cü ildə «Google» onu Çinin «Lenovo» şirkətinə 4 dəfə daha ucuz qiymətə satıb.
Şirkətlər arasında imzalanmış saziş gələcəkdə yeni mübahisələrin olmayacağına dair zəmanət vermir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL