Rasim Əliquliyev: “İnnovativ inkişafda əsas məqsəd gələcək nəsillərin rifah şəraitinin təmin edilməsidir”
İqtisadiyyatın modernləşdirilməsi və innovativ inkişafında əsas məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin rifah şəraitinin təmin edilməsidir.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev bu haqda İTİ-də keçirilən ətraf mühitin qorunması, iqtisadiyyatın "yaşıllaşdırılması", bu sahədə mövcud problemlər və onların həlli yollarına həsr olunmuş elmi seminarda bildirib.
İnstitutdan qeyd edilib ki, R.Əliquliyev qlobal xarakter almış ətraf mühit problemlərinin həllinin, o cümlədən iqtisadiyyatın "yaşıllaşdırılması"nın dünya miqyasında əsas müzakirə mövzularından olduğunu söyləyib.
Qeyd edib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və "İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın da əsas hədəflərindən biri məhz ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL