«Gartner»: 2015-2017-ci illərdə mobil telefonların köməyi ilə satışların həcmi 35 faiz artacaq
Mobil ödənişlərin sürətli inkişafı kağız pulun mövcudluğunu sual altına qoyur.
Britaniyanın «PPRO» onlayn ödənişlərin qəbulu üzrə xidmətin əsas icraçı direktoru Saymon Blek kağız pulların gələcəyini proqnozlaşdırıb. Ekspertin şərhi qısaca belə səslənir: kağız pulların sonuna az qalıb.
Vaxt ötdükcə rəqəmli ödənişlərdən istifadə müasir ödəmə sistemində mühüm rol oynayacaq. 2016-cı ilin sonunadək kontaktsız rabitə texnologiyasından istifadə edən mobil pul cüzdanlarının sayı 200 milyona yaxınlaşacaq.
Blek hesab edir ki, yaxın 10 ildə smartfonun köməyi ilə kontaktsız ödənişlər adi hala çevriləcək.
Biz ödənişlər sahəsində baş verən inqilabın şahidiyik. Mobil pul cüzdanları, virtual ödəmə kartları və biometrik mühafizə sistemləri bizim vərdişlərimizi transformasiya edir və bizləri öz üzərimizdə pul gəzdirməkdən xilas edir. 2025-ci ildə pul ənənəvi anlamda artıq köhnələcək.
«Gartner» tədqiqat firmasının hesablamalarına görə, 2015-2017-ci illərdə mobil telefonların köməyi ilə satışların həcmi 35 faiz artacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL