Sumqayıt avtobuslarında yeni çiplər tətbiq ediləcək
Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi şəhərdə fəaliyyət göstərən şəhərdaxili marşrutlarda "QR Code" quraşdıracaq.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "QR Code" çipləri vasitəsilə istənilən sərnişin sürücü tərəfindən yol verilən qayda pozuntusu ilə bağlı şikayətini Sumqayıt Regional Şöbəsinin məlumat mərkəzinə avtomatik şəkildə öturəcək.
Lakin bunun üçün sərnişinlərin "Android" əməliyyat sistemini dəstəkləyən qurğusu və xüsusi yüklənmiş proqramı olmalıdır. Məlumat mərkəzində daxil olan informasiya dərhal təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək.
Yaxın günlərdə yeni sistem istifadəyə veriləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL