waplog

ABŞ-da ev təsərrüfatlarının təxminən 86 faizində «HD» televizoru var


«Shopping Nexus» şirkətinin tədqiqatına əsasən, ABŞ-da ev təsərrüfatlarının təxminən 86 faizinda azı bir ədəd «HD» formatlı televizor var və 64 faizi bildirib ki, onlar iki və ya daha çox belə televizora malikdir.
 
 
«LED» televizorlar ABŞ-da ev təsərrüfatları arasında çox populyardır. 26 faiz paya sahib «LCD» televizorlar növbəti pilləni tutur. Ev təsərrüfatlarının 14 faizində plazma ekranlardan istifadə edilir. Respondentlərin yalnız 3 faizi bükük «HDTV» satln almaq haqda ciddi düşünür.
 
 
İstehlakçılar televizor satın alarkən qiymət (30 faiz), brend (28 faiz) və ekranın ölçüsü (16 faiz) kimi amilləri əsas götürür. Bununla belə, respondentlərin yalnız 7 faizi etiraf edib ki, onlar brendin təsirinə daha çox düşür.
 
 
Şirkətin nümayəndləri, həmçinin bildiriblər ki, istehlakçıların əksəriyyəti «HD» formatlı televizor satın almaq üçün ən yaxşı təkliflər tapmaqdan ötrü internetdən istifadə edirlər.
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL