waplog

Avropol: “Bitcoin” cinayətkarların valyutası olacaq


Avropa İttifaqının (Aİ) Avropol polis xidmətinin yeni hesabatında "Bitcoin” rəqəmli valyutasının regionda kibercinayətkarlar üçün yeni valyuta ola biləcəyi qeyd edilib.
 
Hesabatın əksər hissəsi rəqəmli valyutalardan cinayətlərin maliyyələşdirilməsi ilə əlaqədar bir sıra hallarda istifadəsinə həsr edilib. Bundan başqa, “Bitcoin” valyutasından digər qeyri-qanuni əməliyyatlarda, o cümlədən gəlirlərin silinməsində istifadə imkanı xüsusi narahatlıq doğurur.
 
Avropol nümayəndələrinin məlumatına görə, son məlumatlara əsasən, internetdə qeyri-qanuni ödənişlərin 40 faizi "Bitcoin” vasitəsilə həyata keçirilir. “PayPal” ödəniş sisteminin cinayətkar tranzaksiyalarda payı isə 25 faiz təşkil edir.
 
Hesabat müəllifləri hüquq-mühafizə orqanları əməkdaşlarına kriptovalyutalardan qeyri-qanuni istifadə ilə mübarizəyə bütün istintaq və elmi-tədqiqat imkanlarını cəlb etməyi tövsiyə edirlər.
 
Bildirilir ki, Avropol rəqəmli valyutalar məsələsində hüquq-mühafizə orqanları arasında daha geniş əməkdaşlığın qurulmasını təşviq etməkdə davam edir.
 
Məlumat üçün qeyd edək ki, “Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - Payspacemagazine  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL