Yaponiyada sürücüsüz taksilər istifadəyə veriləcək
Yaponiya hökuməti 2016-cı ildə sürücüsüz taksilərin sınağı üzrə proqramı istifadəyə verməyi planlaşdırır.
Proqram 2020-ci ildə paytaxt Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində işə salınacaq.
Hökumət bununla bağlı media sənayesi və "DeNA Co” oyun şirkətinin nümayəndələri ilə birlikdə iş aparır.
Bildirilir ki, paytaxt yaxınlığında yerləşən Fudzisava şəhərində test sınaqlarında iştirak üçün 50 nəfərin cəlb edilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, sürücüsüz taksiləri və onların sərnişinlərini növbəli sürücülər müşayiət edəcək. Taksilərin “Toyota Estima” avtomobil modeli bazasında ərsəyə gətirilməsi planlaşdırılır, - “Qazeta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL