Radioelektron vasitələrinə texniki baxışın nəticəsi olaraq 9 ay ərzində 455 akt tərtib edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən aparılan texniki baxış cari ildə də davam etdirilib.
2015-ci ilin 9 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 455 akt tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 254 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanmışdır. Onlardan 121 ədədi möhürlənmiş, 36 ədədi qeydiyyata salınmış, 7 ədədi silinmiş və 90 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 24 protokol yazılmış və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL