Azərbaycan əqli mülkiyyətin qorunması ilə bağlı olan innovasiyalar göstəricisinə görə Cənubi Qafqazda lider olub
Dünya İqtisadi Forumunun bu günlərdə yaydığı 2015-2016-cı illər üçün Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan dünyanın 140 ölkəsi arasında 40-cı yeri tutmaqla yenə də MDB məkanında özünün liderliyini təsdiq edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Azərbaycan Müəllif Hüquqları Agentliyinin adıçəkilən indeks ilə əlaqədar verdiyi şərhdə əksini tapıb.
Müəllif Hüquqları Agentliyinin “İnstitutlar” indeks altında (“Əqli mülkiyyətin qorunması” fəsli) verilən əqli mülkiyyətin qorunmasına dair məlumatlara görə, statusunun bir qədər aşağı – 92-ci yerə düşməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda liderlik edir, bütövlükdə isə MDB ölkələri arasında Rusiya ilə Ukraynanı (müvafiq olaraq, 124-cü və 120-ci yer) qabaqlayaraq ilk üçlüyə daxildir.
Əqli mülkiyyətin qorunması ilə sıx bağlı olan “İnnovasiyalar” indeks altında Azərbaycan 61-ci yeri tutur, Cənubi Qafqazda liderlik edir və MDB çərçivəsində yalnız Ukraynadan (54-cü yer) geri qalır.
Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin məlumatlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) bir neçə elmi strukturlarla birgə hazırladığı 2015-ci il üzrə əvvəllər yayımlanmış məlumatları ilə müqayisəsindən görünür ki, müəlliflik hüququnun qorunmasının olduqca mühüm indikatoru olan və müəlliflik hüququ ilə qorunan kreativ industriyanın (sənayenin) əsasını təşkil edən “Yaradıcı (kreativ) məhsullar və qulluqlar” fəslində əks olunmuş parametrlərə görə Azərbaycan 144 ölkə arasında 68-ci yeri tutur. Bununla da MDB ölkələrinin liderlərindən biri olaraq, Rusiyanı 10 bənd, Qazaxıstanı 18 bənd və Ukraynanı 19 bənd qabaqlayır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL