waplog

Sankt-Peterburq Azərbaycanla sənaye və innovasiya sahəsində əməkdaşlıqda maraqlıdır


Bu gün Bakıda Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.
 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüşdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, logistika, tikinti və əczaçılıq sahəsində fəaliyyət göstərən  50-dən çox iş adamı iştirak edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb.

Sankt-Peterburq hökumətinin Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin rəhbəri Elgiz Kaçayevin "Sankt-Peterburq və Azərbaycan: kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq", İnvestisiyalar Komitəsinin sədri İrina Babyukun "Sankt-Peterburqun investisiya potensialı", Sənaye və innovasiyalar üzrə komitənin sədri Maksim Meyksin "Sankt-Peterburqun sənaye və innovasiya potensialı" mövzusunda məruzələri dinlənilib.
 
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
 
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL