waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı peyk rabitəsi üzrə simpozium keçirib


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) sentyabrın 29-dan oktyabrın 1-dək Vyetnamın Dananq şəhərində peyk rabitəsi üzrə  simpozium və “Spektr/orbit resurslarından səmərəli istifadə” adlı praktikum seminar keçirib.
 
Simpozium Asiya-Sakit okean regionunda əməkdaşlığın möhkəmləndirilməsinə, direktiv və tənzimləyici orqanlar, eləcə də peyk xidmətləri, peyklə əlaqədar normativ müddəaların hazırlanması ilə məşğul olan sahə arasında əməkdaşlığın qurulması məqsədi daşıyıb.  
 
Müzakirələr beynəlxalq normativ müddəaların yenilənməsi və noyabrın 2-27-də keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq, peyk rabitəsinin siyasi və normativ-hüquqi bazası, o cümlədən müxtəlif ölkələrdə peyk rabitəsinə və radioyayım xidmətlərinə aid mövcud praktika, peyk və peyk texnologiyaları bazarında tendensiyalar, eləcə də sahə üçün imkanlar mövzusu ətrafında aparılıb.
 
Forum Asiya-Sakit okean regionunun yüksəkvəzifəli hökumət, eləcə də akademik təşkilatlar, milli peyk xidməti tədarükçüləri və peyk operatorları nümayəndələri üçün nəzərdə tutulub.  
 
“Spektr və orbit resurslarından istifadə getdikcə çətinləşir. Çünki bu resurslar üzv dövlətlər və peyk şirkətləri üçün ən vacib resurslardan biridir. BTİ-nin Dananqda keçirilən peyk rabitəsi üzrə beynəlxalq simpoziumu ondan səmərəli istifadəyə kömək üçün əsas rol oynayır”, - BTİ baş katibi Houlin Çjao bildirib.
 
Vyetnamın radiotezliklərdən istifadənin idarəetməsini həyata keçirən orqanının (ARFM) dəvəti ilə reallaşan tədbirlərdə 20 ölkənin 137 nümayəndəsi iştirak edib, - "ITU” yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL