Millət vəkili: “Rabitə sahəsində də xidmətin keyfiyyətini yüksəltmək üçün ATS, poçt binaları və digər lazımi obyektlər inşa edilərək istifadəyə verilib”
Azərbaycanda bir çox sahələrdə olduğu kimi, rabitə sektorunda da inkişaf var və çox ciddi addımlar atılır. Eyni zamanda rabitə sahəsində də xidmətin keyfiyyətini yüksəltmək üçün ATS, poçt binaları və digər lazımi obyektlər inşa edilərək istifadəyə verilib.
Bu barədə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova danışıb. O, Azərbaycanda gedən inkişaf prosesindən söz açaraq bu marafonda hər bir sahənin, eləcə də qeyri-neft sektorunun əhəmiyyətli rolundan danışıb:
“Mənim millət vəkili seçildiyim Gədəbəy rayonunda da rabitədə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə Poçt və ATS binası inşa olunub. Ümumiyyətlə, Azərbaycan dövləti bütün sahələrə diqqət ayırır və istəyir ki, öz vətəndaşının qayğısına qalsın. Dövlət proqramı çərçivəsində Gədəbəy rayonunda da abadlıq və quruculuq işləri davam edir”.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasətin məhz ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına əsaslandığını vurğulayan millət vəkilinin sözlərinə görə, respublikada makroiqtisadi sabitliyin qorunması sosial siyasətin daha məzmunlu olmasında, əhalinin yüksək rifahının təmin edilməsində mühüm rol oynayır:
“Azərbaycanda sosial siyasətin daha məzmunlu olmasını, əhalinin yüksək rifahının təmin edilməsini şərtləndirən amillər sırasında ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm rola malik faktor kimi çıxış edir. Onu da qeyd edim ki, son illərdə respublikamızda məqsədyönlü surətdə həyata keçirilən siyasət sayəsində ölkədə inflyasiya aşağı səviyyədə qalır, əhalinin pul gəlirləri də əhəmiyyətli dərəcədə artır və beləliklə də, insanların rifah halı yüksəlir. Həmçinin, geniş sosial infrastruktur layihələrinin reallaşdırılması son illərdə Azərbaycanın inkişaf mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldir”.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL