1000-dək kamera vasitəsilə ötürülən gömrük məlumatları “Hədəf” Mərkəzində 20 monitorla izlənilir
BMT İnkişaf Proqramının “Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi” layihəsi üzrə Dövlət Gömrük Komitəsində (DGK) yaradılan “Hədəf” Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir.
Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir. Bu barədə Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçının rəhbərlik etdiyi nümayəndə ilə DGK-də keçirilən görüşdə məlumat verilib. Qeyd edilib ki, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də onlayn şəklində “Hədəf” Mərkəzinə daxil olur.
Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.
“Hədəf” Mərkəzinə daxil olan videogörüntülərlə yanaşı, yük-nəqliyyat vasitələrinin nəzərdə tutulan ünvana hərəkət istiqamətlərini də elektron tabloda izləmək mümkündür.
“Hədəf” Mərkəzində hava yolu ilə hərəkət edən sərnişinlərin kimliyi, həmçinin gün ərzində rəsmiləşdirilən yük-gömrük bəyannamələrinin sayı barədə bilgilər əldə etmək olar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL