waplog

"Boeing” aviaşirkətinin top-meneceri “Apple” Direktorlar Şurasına daxil olub


ABŞ-ın “Apple” şirkəti "Boeing” aviaşirkətinin keçmiş prezidenti və maliyyə direktoru Ceyms Bellin Direktorlar Şurasının tərkibinə daxil olmasını bəyan edib.
 
67 yaşlı C.Bell aviaşirkətdə 38 il çalışıb və bu müddət ərzində müxtəlif vəzifələr tutub, o cümlədən prezident və baş direktor səlahiyyətlərini icra edib. O, Kaliforniya Universitetində mühasibat uçotu ixtisasına yiyələnib.
 
“Mən “Apple” məhsullarının böyük həvəskarıyam və şirkətin innovasiyalarına böyük hörmətlə yanaşıram. Direktorlar Şurasına üzv olmağımdan çox şadam və şirkətin gələcək uğurlarına öz töhfəmi verəcəyimə ümid edirəm”, - C.Bell qeyd edib.  
 
Öz növbəsində “Apple” şirkətinin baş direktoru Tim Kuk bildirib ki, C.Bell maliyyə sahəsində böyük təcrübəyə malikdir və onunla işləməyi səbirsizliklə gözləyir, - "Internetua”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL