Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətindən istifadə sayı 1,6 dəfədən çox artıb
Sentyabr ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir elektron xidmətindən istifadə sayı avqust ilə müqayisədə 1,6 dəfədən çox artıb.
RYTN-in Məlumat Hesablama Mərkəzi “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətinin növbəti istifadə statistikasını açıqlayıb.
Statistikaya görə, sentyabrda adıçəkilən xidmətə 131637 dəfə müraciət olunub.
“Elektron hökumət” portalında istifadədə olan bu e-xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmət abunəçiyə etdiyi zəngin dəyərini hesablamaq imkanı verir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL