Torpaqların Elektron Kadastr Uçotu Sistemi yaradılması istiqamətində işlərə başlanılıb
Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sistemi yaradılacaq və artıq bu istiqamətdə işlərə başlanılıb.
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib. Sədr müavini qeyd edib ki, hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir.
Onun sözlərinə görə, bu il Bakı şəhərinin elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutan layihə də yekunlaşıb.
“Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bakı şəhərindən əvvəl isə Sumqayıt şəhərinin də elektron kadastr məlumat bazası yaradılmışdı. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir” – deyə R.Cəlilov sözlərinə əlavə edib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL