«IDC»: 2015-ci ildə “bulud” texnologiyaları bazarının həcmi 25 faiz artacaq
«International Data Corporation» («IDC») tədqiqat şirkətinin analitiklərinin proqnozuna görə, cari ildə «bulud» infrastruktur bazarının həcmi təxminən 25 faiz artacaq.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2015-ci ildə «bulud» İT xidmətlərinin işə salınması üçün satın alınmış server, məlumat saxlama sistemləri və «Ethernet» kommutatorların satış həcmi ötən illə müqayisədə 24,1 faiz artaraq 32,6 milyard dollara yaxınlaşacaq.
Analitiklərin proqnozuna əsasən, 2015-ci ildə özəl «bulud» xidmətlərinin geniş yayılması üçün satılmış avadanlığın həcmi illik hesablama üzrə 15,8 faiz yüksələrək 12,1 milyard dollar təşkil edəcək. Bu halda ictimai İT infrastruktur seqmentində xərclər 29,6 faiz artaraq müvafiq dövr üçün 20,5 milyard dollar təşkil edəcək.
«IDC»-nin analitikləri əmindir ki, 2015-ci ildə Mərkəzi və Şərqi Avropadan başqa bütün regionlarda «bulud» infrastruktur bazarının həcmi artacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL