Biometriya smartfonlarda parolları əvəzləyəcək
2020-ci ildə 5,6 trilyondan çox tranzaksiya biometrik texnologiyaların köməyi ilə təsdiq ediləcək. Bu barədə "Goode Intelligence" analitik şirkətinin hesabatında deyilir.
Şirkətin "Ödənişlər üçün biometriya - ödəniş təhlükəsizliyi fərdiləşir" adlı son hesabatında qeyd edilib ki, 2020-ci ilədək 226 milyard tranzaksiya biometrik parollar vasitəsilə təsdiqlənəcək. Ekspertlərin fikrincə, məhz ödənişlər biometrik texnologiyaların qlobal bazarda tətbiqi üçün əsas hərəkətverici qüvvəsi olacaq.
Hesabat müəllifi və "Goode Intelligence" təsisçisi Alan Qudun sözlərinə görə, biometriyadan təkcə mobil qurğular vasitəsilə həyata keçirilən ödənişlərin təsdiqi üçün istifadə ediləməyəcək.
"Biz artıq indidən biometrik texnologiyalardan istifadənin genişlənməsini müşahidə edirik. Biometrik həllərdən istifadədə lider olacaq Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionundan kənarda müxtəlif ödəniş növləri, o cümlədən supermarketlərin kassalarında biometrik, eləcə də biometrik ödəniş kartları vasitəsilə mühafizədən istifadə mövcuddur", - o bildirib.
Hazırda 350 milyona yaxın müştəri hər gün əməliyyatların mühafizəsi üçün biometrik paroldan istifadə edir, - "Payspacemagazine" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL