waplog

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı elektron xidmətin inzibati reqlamenti təsdiqlənib


Dövlət Miqrasiya Xidməti əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamenti təsdiqləyib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu elektron xidmət əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması və baxılmanın nəticəsindən asılı olaraq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması və ya müddətinin uzadılmasından imtina edilməsini əhatə edir.
 
Digər icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olan interaktiv növlü elektron xidmət ödənişlidir.
 
İş icazəsinin müddətinin uzadılmasına görə 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat məbləğində dövlət rüsumu müəyyənləşdirilib.
 
Elektron xidmətin icra müddəti 23 iş günü təşkil edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL