waplog

«Microsoft» ilk noutbukunu nümayiş etdirib


«Microsoft» şirkəti «Surface Book» adlı ilk noutbukunu təqdim edib.
 
Qurğunun yaradıcıları əmin edirlər ki, yeni noutbukun məhsuldarlığı «Apple» şirkətinin «MacBook Pro» qurğusundan iki dəfə daha sürətlidir. «Surface Book» 3000x2000 piksel təsvir ölçülü və 267 ppi sıxlıqlı 13,5 düymlük sensor ekranla təchiz edilib. Bundan başqa, ekran «Corning Gorilla Glass 4» qoruyucu şüşəsinə malikdir. İnformasiyanın daxil edilməsi üçün həmçinin «Surface Pen» stilusundan istifadə etmək olar.
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, proqram nəhənginin yeni qurğunu məhz noutbuk kimi tanıtmasına baxmayaraq, həmçinin planşet kimi istifadə etmək olar. İstehsalçı bildirib ki, qurğu avtonom iş rejimində 12 saatadək işləyə bilir.
 
Noutbuk, həmçinin ən yeni «Intel» prosessorları və «NVIDIA GeForce» diskret qrafikası ilə təchiz edilib.
 
Noutbuk oktyabrın 7-dən 1499 dollar məbləğində ilkin sifariş üçün əlçatan olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL