waplog

Dövlət arxivlərində elektron xidmətlərin təşkili müzakirə olunub


Azərbaycan Milli Arxiv İdarəsi respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının,  o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlər keçirir.
 
İdarədən verilən məlumata görə, seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışlar edilir və   müzakirələr aparılır.
 
Növbəti seminar Dövlət Arxivinin Quba filialında baş tutub. Seminarda Quba filialı və ona tabe olan Qusar, Xaçmaz, Siyəzən və Şabran rayon dövlət arxivlərinin müdirləri iştirak edib.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL