Düşmənlə təmas xəttində olan bölgələrdə rabitənin vəziyyəti öyrənilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən düşmənlə üzbəüz təmas xəttində yerləşən rayonlarda telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının, internet xidmətlərinin günün tələbləri səviyyəsində təşkili üçün tədbirlər davam etdirilir.
Sərhəd bölgələrində əhalinin rabitə xidmətlərinə və radio və televiziya yayımına olan tələbatın öyrənilməsi məqsədi ilə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İ. Məmmədov və nazirliyin müvafiq qurumlarının rəhbərləri Ağdam rayonunun Quzanlı qəsəbəsinin Qaradağlı, Marızlı, Rzalar, Çəmənli, Xındırıstan kəndlərində rabitənin təşkilinə baxış keçirmişlər.
Quzanlıda yeni “Rabitə evi”nin tikintisi, qeyd olunan yaşayış məntəqələrində rabitə xidmətlərinin göstərilməsi vəziyyəti və radio və televiziya yayımının səviyyəsinə dair təklif və rəylər Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun iştirakı ilə müzakirə edilmişdir.
Yerlərdən verilmiş təkliflər və İH-də aparılmış müzakirə nəzərə alınaraq, telekommunikasiya, internet və poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq, həyata keçirilməsi qərara alınmışdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL