ABŞ-da döyüş lazerlərinin istehsalına başlanılıb
“Lockheed Martin” şirkəti ABŞ ordusu üçün döyüş lazerlərinin istehsalına başlayıb.
2014-cü ilin aprelində şirkət ABŞ ordusu ilə 60 kilovat gücündə döyüş lazerinin hazırlanması, istehsalı və sınağına dair saziş imzalayıb. Gücü 120 kilovatadək artırıla bilən qurğudan idarəolunmaz raketlərin, artilleriya mərmilərinin, minomyot minalarının və pilotsuz uçan aparatların məhv edilməsi üçün istifadəsi nəzərdə tutulur.
Gücü yeni şüalandırıcılar əlavə etməklə artırılan qurğunun "HEL MD” döyüş maşınının tərkibinə daxil olacağı bildirilir, - “Qazeta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL