waplog

Hansı ölkədə bank kartlarından daha çox istifadə edilir?


2014-cü ildə nağdsız ödənişlərin sayı 2013-cü illə müqayisədə 9 faiz artıb. Ümumdünya ödəniş hesabatına görə, 2014-cü ildə debet və kredit kartları, eləcə də kontaktsız ödənişlər üçün digər alətlər vasitəsilə 390 milyard tranzaksiya həyata keçirilib.
 
2015-ci il üçün Ümumdünya ödəniş hesabatında nağdsız ödənişləri daha çox inkişaf etdirən ölkələr yer alıb. Hesabat üzərində “Capgemini” şirkəti və Şotlandiya Kral Bankının əməkdaşları işləyib.
 
Hesabata əsasən, 2013-cü ildə Finlandiya sakinləri bank kartları vasitəsilə digər ölkələrlə müqayisədə daha çox ödənişlər həyata keçiriblər. İldə hər sakinə 450 nağdsız hesablaşma düşüb.
 
Ölkədə müasir ödəniş alətlərinin inkişafına ödənişlər sistemində innovasiyaların aktiv tətbiqi və iqtisadi artım təkan verib. Həmçinin əlverişsiz iqlim şəraiti öz sözünü deyib. Temperaturun xüsusilə qış dövründə aşağı olması elektron ticarətin inkişafına xidmət edir. Finlandiyalılar lazımi malları internetlə sifariş verərək ödənişi saytda həyata keçirirlər.  
 
Nağdsız ödənişlərdən daha çox istifadəyə görə ikinci yerdə ABŞ qərarlaşıb. İldə hər amerikalı orta hesabla 390 kart ödənişi həyata keçirir.
 
Niderland, Avstraliya, Danimarka, Cənubi Koreya və İsveç vətəndaşları da nağd ödənişlərdən aktiv imtina etməyə başlayıb.
 
Bildirilir ki, insanlar adi kart ödənişləri ilə yanaşı, kontaktsız kartlar, mobil bankçılıq və kağız pullardan imtinaya imkan verən digər innovasiyalardan aktiv istifadəyə keçir.
 
Hesabat müəlliflərinin sözlərinə görə, bu sahədə gələcək inkişafı təhlükəsiz və elektron pulköçürmələri etməyə imkan verən desentralizasiya edilmiş "blockchain” texnologiyasının tətbiqi təmin edəcək.
 
“Blockchain” potensial baxımdan ödəniş sənayesində islahatlara səbəb ola bilər”, - Şotlandiya Kral Bankının müştəri xidmətləri şöbəsinin rəisi Tereza Konnors bildirib, - "Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL