waplog

“Morgan Stanley”: 2016-cı ildə İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq


ABŞ-ın "Morgan Stanley” bank holdinqinin tədqiqatına görə, 2016-cı ildə “bulud” servisləri, informasiya təhlükəsizliyi və proqram təminatı analitikası üçün korporativ xərclər artacaq.

Bank holdinqinin mütəxəssisləri 99 ABŞ və 49 Avropa şirkətinin informasiya texnologiyaları üzrə direktorları arasında sorğu keçirərək 2015-ci ildə onlar üçün nə qədər pul ayrılmasını və 2016-cı ildə İT sahəsinə nə qədər vəsaitin xərclənməsinin planlaşdırılmasını müəyyənləşdiriblər.  
 
 
Bildirilir ki, 2015-ci ildə İT şöbələrinin rəhbərləri “bulud” hesablamaları, informasiya təhlükəsizliyi və biznes analitikası kimi əsas aspektlərə daha çox maliyyə ayırmağa başlayıblar. Müəssisələr tərəfindən İT xərcləri üçün büdcənin artırılmasından daha çox faydalanacaq şirkətlər sırasına “Microsoft”, “Cisco Systems”, “Palo Alto Networks”, “Tableau Software” və “Splunk” daxildir.
 
 
Analitiklərin sözlərinə görə, “Microsoft” korporasiyası növbəti üç ildə artım tendensiyasından hamıdan çox fayda götürəcək. İT şöbələrinin vəsait yatırdığı sahələrə brandmauerlərin (internet və ya şəbəkə vasitəsilə alınan məlumatları yoxlamağa və onları bloklamağa və ya kompüterə daxil olmağa imkan verən proqram təminatı və ya avadanlıq) təkmilləşdirilməsi, elektron poçtun təhlükəsizliyi və kiberhücumların qarşısının alınması aid edilir. “Palo Alto Networks” və “Splunk” məhz yuxarıda qeyd olunan aspektlərlə işləyir. Ekspertlər həmçinin qeyd ediblər ki, getdikcə daha çox müəssisənin universal kompüterlərdən “bulud” hesablama kompüterlərinə keçməsinə görə "IBM” və “Hewlett-Packard” kimi şirkətlər ziyan çəkə bilər.
 
 
İnformasiya texnologiyaları üzrə şöbə rəhbərlərinin gözləntilərinə görə, bu il İT xərcləri üçün büdcə 4,7 faiz artacaq, halbuki “Morgan Stanley”nin iyun hesabatında artımın 4,4 faiz olacağı proqnozlaşdırılıb. İT direktorlarının proqnozlarına görə, 2016-cı ildə xərclər 5,3 faiz çoxalacaq, - "SecurityLab” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL