Mərkəzi Seçki Komissiyasının elektron xidmətlərinə 9 ayda 10,5 min dəfə müraciət olunub
Bu il seçki ili olduğundan Mərkəzi Seçki Komissiyasının (MSK) elektron xidmətlərinə maraq yüksək olub.
Cari ilin 9 ayı ərzində komissiyasının elektron xidmətlərindən 10574 dəfə istifadə olunub.
“Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə MSK 6 e-xidmət göstərir.
Bu e-xidmətlərə “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”, “Dairə və məntəqə ünvanlarının axtarışı”, “Dairə və məntəqələrin xəritə üzrə axtarışı”, “Onlayn müraciət”, “Seçici siyahısı üçün məlumatların daxil edilməsi” və“Seçici ünvanına görə dairə və məntəqənin axtarışı” xidmətləri daxildir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL